ADU-da Baba Vəziroğlu ilə görüş keçirilib

756

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində Əməkdar incəsənət xadimi, görkəmli şair Baba Vəziroğlu ilə  “Gənclik və şeir” mövzusuna həsr olunmuş görüş keçirilib.

Baba Vəziroğlu məşhur şeirlərini tələbələr üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.

ADU tələbələri Baba Vəziroğlunun şeirlərinə bəstələnmiş mahnıları ifa edib, şeirlərini səsləndiriblər.

Görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu gəncləri maraqlandıran sualları cavablandırıb.

ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı çıxışında nəğməkar şair Baba Vəziroğlunun yaradıcılığının Azərbaycan poeziyası üçün əhəmiyyətindən danışıb.

Sonda ADU tələbələri adından şairə xatirə hədiyyəsi təqdim edilib.

SHARE