ADU-da 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib

574

Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib. Adıçəkilən kafedranın müəllimi Günel Ələkbərova bayrağın ən vacib atributlardan biri kimi dərin məna və böyük ideyalara malik olduğunu bildirib.

Tədbirdə tələbələr tərəfindən bayrağımızın keçdiyi tarixi inkişaf yolu, onun təsis olunması və üzərindəki rənglərin mənaları haqqında geniş məlumat verilib. Tədbirin bədii hissəsində bayraqla bağlı şeirlər səsləndirilib, müxtəlif kompozisiyalar nümayiş olunub.

SHARE