Mövlud Çavuşoğlu

786

 

Mövlud Çavuşoğlu türk siyasi xadimi və Türkiyənin xarici işlər naziridir.

Mövlud Çavuşoğlu 1968-ci il Alanyada anadan olub. 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. 1991-ci ildə ABŞ-ın New York Long Island Universitetində magistr dərəcəsini alıb. Bilkənt Universitetində elmi fəaliyyətlə məşğul olub. London School of Economics-də namizədlik dissertasiyasını 3. Mövlut Çavuşoğlumüdafiə edib.

2001-ci ildə yaranan Ədalət və İnkişaf Partiyasının qurucularından biridir.

2002-2007-ci illərdə Antalya əyalətindən Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Müxtəlif vaxtlarda Yaponiya, sonra isə ABŞ ilə parlament dostluq qrupuna rəhbərlik edib.

2003-cü ildən Avropa Şurası Parlament Assambleyasında türk nümayəndə heyətinə rəhbərlik edib, Avropa Demokrat Partiyasının üzvü olub. 2007-ci ildən həm də AŞPA-da assambleyanın sədr müavini kimi çalışıb. 2009-cu ildə AŞPA-da Avropa Demokratlar Qrupunun ikinci vitse-prezidenti olub.

AŞPA-nın yeni sədr seçkilərində iştirak üçün 2009-cu ilin sentyabrında Avropa Demokrat Partiyasından namizəd seçilib. 2010-cu ilin yanvarın sonunda AŞPA-nın sədri postuna seçilib (2010-2012).

2014-2015-ci illərdə Türkiyənin xarici işlər naziri olub.

2015-ci ilin 17 noyabr tarixindən indiyədək yenidən Türkiyənin xarici işlər naziri vəzifəsini icra edir.

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 31 mart 2010-cu il tarixli 2 saylı Qərarına əsasən Mövlud Çavuşoğluna Avropa Şurası dəyərlərinin Azərbaycana gətirilməsi, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi və türk dünyasının Avropa Şurasına inteqrasiya olunması sahəsində xüsusi xidmətlərinə görə ADU-nun Fəxri doktoru diplomu təqdim olunub.

 

SHARE