Jolt Çutora

642

 

Jolt Çutora – 2010-2015-ci illərdə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Jolt Çutora 1964-cü il fevral ayının 4-də Macarıstanın Miskolk şəhərində anadan olub. 1986-cı ildə Solnekdə Hərbi Hava Texniki Kollecində, 1997-ci ildə Budapeşt Milli Müdafiə 4. Jolt ÇutoraUniversitetinin Hərbi diplomatik fakültəsində, 1999-2000-ci illərdə Rusiya Diplomatik Akademiyasında təhsil alıb.

Jolt Çutora professional karyerasına 1986-cı ildə Macarıstanın Silahlı Qüvvələrində başlayıb. O, müxtəlif illərdə Budapeşt Milli Müdafiə Universitetində, Müdafiə Nazirliyində, Xarici İşlər Nazirliyində, Macarıstanın Rusiya və Qazaxıstandakı səfirliklərində, Macarıstanın Almatıdakı və Şanxaydakı konsulluqlarında müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə isə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

2014-cü il may ayının 10-da Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl Çinar”  beynəlxalq mükafatı ilə təltif olunub.

“Azərbaycan-Macarıstan mətbəxi” adlı kitabın müəllifidir.

2014-cü ildə Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoraya Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi, eləcə də macar dilinin Azərbaycanda yayılması sahəsindəki fəaliyyətinə və təşəbbüslərinə görə ADU-nun Fəxri doktoru diplomu təqdim olunub.

 

SHARE