Herman Van Rompuy

703

Belçika və ümumavropa siyasi xadimi Herman Van Rompuy 1947-ci il oktyabrın 31-də Etterbekdə anadan olub.

1965-ci ildə Brüsseldə Sent-Yan Berhmans Yezuit Kollecini (Jesuit Sint-Jan 5. Herman Van RompuyBerchmans College) bitirib, 1968-ci ildə fəlsəfə üzrə bakalavr, 1971-ci ildə iqtisadiyyat üzrə magistr təhsili aldığı Levan Katolik Universitetində fəlsəfə və iqtisadiyyat fənlərini tədris edib.

1972-75-ci illərdə Belçikanın mərkəzi bankında işləyib. 1975-78-ci illərdə baş nazir Leo Tindemansın məsləhətçisi olub. 1980-1988-ci illərdə Siyasi, iqtisadi və sosial tədqiqatlar mərkəzinə rəhbərlik edib. Həmin illərdə bir neçə təhsil müəssisəsində dərs deyib. Siyasət və iqtisadiyyat üzrə 6 kitabın müəllifidir.

H.V.Rompuyun siyasi karyerası 1975-ci ildə yaradılan Xristian demokratları və flamandlar partiyası ilə bağlıdır. O, 1988-1993-cü illərdə bu partiyanın sədri olub.

1988-1995-ci illərdə Senatın üzvü olub. 1995-ci ildə Belçika parlamentinin Nümayəndələr Palatasının deputatı seçilib. 2007-2008-ci illərdə Nümayəndələr Palatasının sədri olub.

2008-ci ilin 28 dekabrında kəskin daxili siyasi böhran şəraitində Belçikanın kralı H.V.Rompuya yeni Nazirlər Kabineti yaratmağı təklif edib. Dekabrın 30-da Nümayəndələr Palatasının sədri postunu tərk etdikdən sonra H.V.Rompuy yeni Belçika hökumətinin tərkibini təqdim edib. Kabinetin tərkibi İva Leterma hökumətindən fərqlənməyib. Rompuy hökuməti 2009-cu il yanvarın 2-də Belçikanın Deputatlar Palatası tərəfindən etimad rəyi alıb.

19 noyabr 2009-cu ildə Brüsseldə AŞ-nin qeyri-rəsmi sammiti müddətində AŞ-ni birinci daimi sədri seçilib. Onun birinci müddəti 2012-ci il mayın 31-də bitib. 2012-ci il martın 1-də H.V.Rompuy yekdilliklə yenidən seçilib (1 iyun, 2012-1 dekabr, 2014).

30 avqust 2014-cü ildə Polşanın baş naziri Donald Tusk Avropa Şurasında H.V.Rompuyun xələfi seçilib.

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 4 iyul 2012-ci il tarixli 6 saylı Qərarına əsasən Avropa İttifaqı Hökümət və Dövlət Başçıları Şurasının Prezidenti H.V.Rompuy Avropa İttifaqının Azərbaycan Respublikası ilə əməkdaşlığının möhkəmləndirilməsindəki roluna və Azərbaycan və Avropa dəyərlərinin qarşılıqlı inteqrasiyası sahəsindəki fəaliyyətinə görə ADU-nun  Fəxri doktoru adına layiq görülüb.

 

SHARE