Aleksey Konstantinoviç Puşkov

981

 

Aleksey Konstantinoviç Puşkov – Rusiyanın dövlət və ictimai xadimi, tarix elmləri namizədi, politoloq, jurnalist, əməkdar mədəniyyət işçisidir.

A.K.Puşkov 1954-cü il avqustun 10-da Pekində anadan olub. 1976-cı ildə Moskva Dövlət 7. Aleksey PuşkovBeynəlxalq Münasibətlər İnstitutunu Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. 1980-ci ildə tarix elmləri namizədi dərəcəsini alıb. 1991-1995-ci illərdə beynəlxalq istiqamətdə həftəlik nəşr olunan “Moskva xəbərləri” (“Московские новости”) qəzetinin baş redaktor müavini, eyni zamanda qəzetin ingilis, fransız, alman və ispan dillərində nəşrlərinin şef redaktoru olub.

1993-2000-ci illərdə Vaşinqtonda nəşr olunan “Xarici siyasət” (Foreign Policy) jurnalının redaksiya heyətinin üzvü, 2008-2011-ci illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Aktual Beynəlxalq Problemlər İnstitutunun direktoru, 2011-2016-cı illərdə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri olub.

1993-cü ildən Davosda Ümumdünya iqtisadi forumunun üzvü və daimi ekspertidir.

A.K.Puşkov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Federasiya Şurasının İnformasiya siyasəti və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə üzrə müvəqqəti komissiyasının sədridir.

2013-cü il iyun ayının 4-də A.K.Puşkov Azərbaycan və Rusiya arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətinə görə Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən universitetin Fəxri doktoru diplomu ilə təltif edilib.

 

 

SHARE