Pedaqogika kafedrası

4166

Pedaqogika kafedrası 1946-cı ildən fəaliyyət göstərir.

1946-1958-ci illərdə kafedraya Surxay Hacıyev

1959-1972-ci illərdə dosent Qulam Məmmədov

1973-1983-cü illərdə professor Aben Kərimov

1984-2015-ci illərdə professor Nurəddin Kazımov rəhbərlik etmişlər.

2015-ci ildən isə kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nigar Eldar qızı Zeynalova rəhbərlik edir.

Pedaqogika kafedrası Azərbaycan Dillər Universitetinin bir idarəedici və təşkilati strukturu olaraq tələbələrin (bakalavriatura), magistrantların (magistratura) və təkmilləşən müəllimlərin (Əlavə təhsil fakültəsi) pedaqoji hazırlığını təmin edir.

Kafedra ADU və ölkə miqyasında pedaqoji tədqiqatların aparılmasında iştirak edir, respublikanın ümumtəhsil, orta ixtisas və ali məktəblərinin yüksək ixtisaslı pedaqoji kadr hazırlığı missiyasını həyata keçirir.

Pedaqogika kafedrası universitet üzrə pedaqoji məsələlərin həllində (yeni pedaqoji texnologiya nümunələrinin və interaktiv təlim üsullarının tətbiqi və s.), nəzəri, ixtisas və metodika kafedralarına elmi-tədris işinin optimallaşdırılmasında yardım göstərir.

Pedaqogika kafedrası respublikada təlim-tərbiyə prosesində yaxından iştirak edən şagirdlərə, tələbələrə, müəllimlərə, valideynlərə öz işlərini təkmilləşdirməkdə, nəzəri və praktik məsələlərin həllində kömək edir, bu işdə pedaqoji diaqnostikanın gələcək perspektivlərini müəyyənləşdirir.

Kafedrada tədris olunan fənlərin məzmunu respublikada həyata keçirilən islahat proqramı çərçivəsində müvafiq sənədlərdən irəli gələn tələblər əsasında təşkil olunmuşdur. Kafedranın əməkdaşları Azərbaycan və dünya təcrübəsində özünü təsdiq etmiş nəzəriyyə və yanaşmalardan bəhrələnərək dövrün tələblərinə cavab verən müasir dərslik və dərs vəsaitləri hazırlayıb, tədrisdə tətbiqini həyata keçirirlər.

Pedaqogika kafedrası magistratura, dissertantura, doktorantura qurumları ilə mütərəqqi əlaqə qurur, respublikada elmi-pedaqoji, beynəlxalq səviyyəli diplomatların hazırlanmasında iştirak edir.

 

Kafedranın fəaliyyəti

Kafedra 2 fakültə ilə işləyir: Təhsil, Filologiya və jurnalistika

 

Kafedrada tədris olunan fənlər

ƏSAS FƏNLƏR 

  1. Pedaqogika
  2. Pedaqogika (essex)
  3. Ali məktəb pedaqogikası (magistratura)

SEÇMƏ FƏNLƏR 

  1. Pedaqoji ustalıq
  2. Müasir təhsilin əsasları
  3. Ümumi təhsilin kurikulumunun əsasları
  4. Ailə pedaqogikası
  5. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi
  6. Təhsilin idarə edilməsi
  7. Müasir pedaqoji texnologiyalar

 

Dərsliklər (əsasən kafedrada yazılan dərliklər)

  1. Pedaqogika
  2. Şəxsiyyətyönümlü təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi
  3. Müasir təhsilin əsasları
  4. Ümumi təhsilin kurikulumunun əsasları
  5. Təhsilin idarə olunması

Proqramlar

  1. Pedaqogika
  2. Pedaqoqogika (ingilis dilində)
  3. Tədqiqatın əsasları
  4. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi
  5. Magistratura pilləsində ibtidai sinifdə təhsilin metodikası və metodologiyası ixtisası üzrə təcrübənin  təşkilinə və keçirilməsinə dair proqram
  6. История педагогики
  7. Pedaqogikanın tarixi
  8. Müasir pedaqoji texnologiyalar
  9. Pedaqoji təcrübənin bakalavriat səviyyətində keçirilməsinə dair proqram
  10. Elmi-tədqiqat və pedaqoji təcrübənin magistratura səviyyətində keçirilməsinə dair proqram
  11. Müasir təhsilin əsasları
  12. Ümumi təhsilin kurikulumunun əsasları
  13. Doktorant və dissertantların Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi 5804.01 ixtisası üzrə  Pedaqogikanın əsasları fənnindən qəbul imtahanı proqramı
  14. Doktorant və dissertantların Pedaqogikanın əsasları fənnindən minimum imtahanı proqramı

Ümumi 2015-ci ilin sentyabr ayından 14 proqram, 5 dərslik, 2017 sentyabr ayından 6 proqram, 2 dərslik

 

Kafdedranın təşkil etdiyi təlimlər

  1. Ümumi təhsilin kurikulumunun əsasları
  2. İnklüziv təlim

 

TƏLƏBƏLƏRİN TƏLİM-TƏRBİYƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR

  1. Nizam-intizamın keyfiyyətini yüksəltmək üçün tələbələrlə söhbətlərdə müəllimlərin iştirakı
  2. Kafedra müəllimlərinin və tələbələrin universitetdə keçirilən tədbirlərdə iştirakı
  3. Ölkənin daxili və xarici siyasətində baş verən yeniliklər haqqında tələbələrlə vaxtaşırı söhbətlər
  4. Dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət. Vətənimizə, xalqımıza məhəbbət hissləri, azərbaycançılıq məfkurəsinin aşılanması məqsədi ilə tələbələrlə aparılan söhbətlər
  5. Muzey və sərgilərlə tanışlığa tələbələrin cəlb edilməsi
  6. Azərbaycan regionlarına ekskursiyalar təşkil edilməsi

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 114)

SHARE