ADU-da “Könüllü ol, uğurlu gələcək qur!” adlı təqdimat mərasimi keçirilib

1128

15036618_1753928281525050_388753111556431117_n

 

 

Noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) IV İslam Həmrəyliyi Oyunlarının təbliğat və təşviqat kampaniyası çərçivəsində “Könüllü ol, uğurlu gələcək qur!” adlı tədbir keçirilib. Universitet tələbələrinin iştirakı ilə keçirilən tədbirdə İslam Həmrəyliyi Oyunlarının təşviqat kampaniyasının nümayəndələri  tələbələrə bu oyunların yaranma tarixi, idman yarışları barədə ətraflı məlumat veriblər. Eyni zamanda 2017-ci ilin 12-22 may tarixlərində keçiriləcək yarışlarda könüllü kimi fəaliyyət göstərmək  üçün vacib olan şərtlər və qaydalardan söhbət açılıb.

Daha sonra İslam Həmrəyliyi Oyunlarına həsr olunan videoçarx tədbir iştirakçılarına təqdim olunub və onlara qeydiyyat qaydalarını əks etdirən bukletler paylanılıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

SHARE