ADU-da “Beyin xəritələri” mövzusunda təlim keçirilib

1271

img_0403

 

 

Noyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqogika kafedrasının təşkilatçılığı ilə “Beyin xəritələri” mövzusunda təlim təşkil olunub. “Mega Hafiza-Azərbaycan” və “Yaddaş Fərdi İnkişaf  Mərkəzi”nin icraçı direktoru Aytən Əsgərova tərəfindən həyata keçirilən təlimdə Pedaqogika kafedrasının müdiri,  dosent Nigar Zeynalova və kafedranın əməkdaşları iştirak ediblər. Beyin xəritələri,  sürətli oxu texnikası, yadda saxlama və qeyd aparma haqqında müasir təhsilin tələblərinə cavab verən təlim tələbələr tərəfindən maraqla qarşılanıb. İnteraktiv şəkildə keçirilən təlim zamanı maraqlı fikir mübadiləsi aparılıb.

SHARE