Rektorun ictimai məsələlər üzrə müşaviri

Sərraf Balaxan oğlu Hüseynov

Sərraf Balaxan oğlu Hüseynov –  Azərbaycan Dillər Universitetində Rektorun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə  şöbəsinin müdiri.

1986-cı ildə Biləsuvar rayonunda anadan olub. 2004-cü ildə Aşağı Cürəli kənd orta məktəbini bitirib. 2008-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib və həmin Universitetin Ədəbi tənqidin nəzəriyyəsi və tarixi ixtisası üzrə “Azərbaycan ədəbi tənqidinin inkişaf mərhələləri – fəlsəfi aspekt” adlı magistr dissertasiyasını müdafiə edib.

2011-2015-ci illərdə Bakı Slavyan Universitetində doktorantura təhsili alıb, “Postsovet dövr Azərbaycan nəsrində antik-mifoloji yaddaş” adlı dissertasiya üzərində işləyir.

2008-2012-ci ildə YAP Nəsimi rayon təşkilatında işləyib, 2012-2014-cü illərdə YAP Gənclər Birliyi Ofisinin rəhbəri olub. YAP Nəsimi rayon təşkilatı və YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.

2014-2017-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətində çalışıb. Dövlət qulluğunun kiçik müşaviridir.

2017-2019-cu illərdə Azərbaycan Dillər Universitetində Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edib.

Almaniyanın Berlin Humboldt Universitetində və Gürcüstanın Tbilisi Dövlət Universitetində “Azərbaycanın multikultural təhlükəsizlik konsepsiyası” mövzusunda mühazirələr oxuyub.

Əlaqə:

Tel: (+99412) 441-22-78 (daxili nömrə: 138)